“Turan”ın səfər oyunu "CBC Sport"da canlı yayımlanacaq

“Turan”ın səfər oyunu "CBC Sport"da canlı yayımlanacaq
Qadın voleybolçulardan ibarət “Turan” komandası oktyabrın 29-da CEV Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Mladost” (Zaqreb) klubu ilə cavab qarşılaşmasına çıxacaq.
Fanat.Az xəbər verir ki, Zaqrebdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qarşılaşma "CBC Sport" telekanalında canlı yayımlanacaq.
Xatırladaq ki, Tovuzda baş tutan ilk oyunda "Turan" rəqibini 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə məğlub edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər