Azərbaycan çempionunun ilk oyunu fransalı referiyə tapşırıldı

Azərbaycan çempionunun ilk oyunu fransalı referiyə tapşırıldı
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın sabah "Uypest" (Macarıstan) ilə ilk oyununa hakim təyinatları bəlli olub.
Fanat.Az xəbər verir ki, Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da keçiriləcək 5-ci qrupun açılış matçında əsas hakim fransalı Viktor Şayks (Victor Saïques, Victor Saiques), köməkçilər isə Latviyadan olan Sergey Şaçmans (Sergejs Šačmans, Sergejs Sacmans) və İqor Yaçeviç (Igors Jačevičs, Igors Jacevics) olacaq.
Taymkiper yerli Dominik Lorkedir. Hakimlərin işinə Almaniyadan olan inspektor Sven Ayxler (Sven Eichler) qiymət verəcəksə, UEFA nümayəndəsi Marina Kirilyuk (Ukrayna) olacaq.
Qeyd edək ki, təmsilçimiz Macarıstanın “Uypest” komandası ilə oktyabrın 27-də Bakı vaxtı ilə 16:00-da üz-üzə gələcək. Ertəsi gün Bosniya və Herseqovinanın “Buba Mara” komandaları ilə qarşılaşacaq “qırmızı-ağlar” qrupda son görüşünü oktyabrın 30-da yerli “Piast”a qarşı keçirəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər