Misli Premyer Liqasında 9 tur geridə qalıb. Son turda 16 qol (orta məhsuldarlıq 2,7) qeydə alınıb. "Araz-Naxçıvan" "Qəbələ"yə (1:2), "Şəfa" "Kəpəz"ə (1:2) uduzub, "Zirə" "Sumqayıt"a (3:2), "İmişli" "Şamaxı"ya (2:1) qalib gəlib. "Neftçi" – "Turan Tovuz" (1:1) və "Sabah" - "Qarabağ" (0:0) matçlarında isə qalib müəyyənləşməyib.
Əvvəlki turlar üzrə məhsuldarlıq belədir: 1-ci tur - 13, 2-ci tur - 10, 3-cü tur - 5, 4-cü tur - 26, 5-ci tur - 17, 6-cı tur - 14, 7-ci tur - 12, 8-ci tur - 21 qol.
9 tur ərzində 52 oyun ("Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" görüşləri təxirə salınıb) keçirilib və bu görüşlərdə vurulan qol sayı 134-ə bərabərdir. Bu da hər oyuna təxminən 2,6 qol deməkdir.
Fanat.Az-ın hesablamasına görə, son turda vurulan 16 qoldan 11-nə eyni sayda futbolçunun adı məhsuldar ötürmə müəllifi kimi qeyd olunub. Onlardan 4-ü cari mövsümdə 2 dəfə asist edibsə, qalan 7-si ilk dəfə bu göstəriciylə yadda qalıblar. Liderlər son turda qol ötürməsi ilə yadda qalmadığından, məhsuldar oyunçuların mübarizəsində ikihakimiyyətlik dəyişməyib. Ayman Buali ("Şamaxı") və Breno Almeydanın ("Neftçi") hesabında 4 assist var. "Neftçi"dən Freddi Varqasın, o cümlədən, "Turan Tovuz"dan Dioqu Balaunun hesabında üç məhsuldar ötürmə var.
Ümumilikdə, 9 tur ərzində vurulan 134 qoldan 93-nə 67 oyunçunun adı məhsuldar ötürmə müəllifi kimi yazılıb. Qalan qollar isə avtoqol, penalti, standart vəziyyətlər, rəqib oyunçulardan qayıdan toplar və sair epizodlardan qeydə alınıb.
1. Ayman Buali ("Şamaxı") - 4
2. Breno Almeyda ("Neftçi") - 4
3. Dioqu Balau ("Turan Tovuz") - 3
4. Freddi Varqas ("Neftçi") - 3
9 tur ərzində assistentlik edən futbolçular:
1-ci tur
"Turan Tovuz" - "Qəbələ": Dioqu Balau ("Turan Tovuz")
"Sumqayıt" - "Neftçi": Emin Mahmudov ("Neftçi")
"Sumqayıt" - "Neftçi": Freddi Vaqras ("Neftçi") - 2
"Zirə" - "Şəfa": Ayxan Hüseynov ("Zirə")
"Zirə" - "Şəfa": Ruan Renato ("Zirə")
2-ci tur
"Qəbələ" - "Şəfa": İsmayıl Zülfüqarlı ("Şəfa")
"Zirə" - İmişli": İssa Cibrila ("Zirə")
"Zirə" - İmişli": Edvin Banquera ("İmişli")
"Neftçi" - "Araz-Naxçıvan": Rüfət Abbasov ("Neftçi")
"Neftçi" - "Araz-Naxçıvan": Breno Almeyda ("Neftçi")
"Neftçi" - "Araz-Naxçıvan": Emin Mahmudov ("Neftçi")
"Neftçi" - "Araz-Naxçıvan": Draqolyub Saviç ("Neftçi")
3-cü tur
"Şəfa" - "İmişli": Azər Salahlı ("İmişli")
"Kəpəz" - "Turan Tovuz": Kennet Kalunqa ("Kəpəz")
"Zirə" - "Neftçi": Davit Volkov ("Zirə")
4-cü tur
"Qəbələ" - "İmişli": İsmael Akinade ("Qəbələ")
"Qəbələ" - "İmişli": Edvin Banquera ("İmişli")
"Qəbələ" - "İmişli": Eşqin Əhmədov ("Qəbələ")
"Kəpəz" - "Şamaxı": Asumah Abubakar ("Kəpəz")
"Kəpəz" - "Şamaxı": Edqar Adilxanov ("Şamaxı")
"Kəpəz" - "Şamaxı": Rui Paşeko ("Şamaxı")
"Kəpəz" - "Şamaxı": Ayman Buali ("Şamaxı")
"Sabah" - "Zirə": Kristian Nvaçukvu ("Sabah")
"Sabah" - "Zirə": Umarali Rahmonaliyev ("Sabah") - 2
"Sabah" - "Zirə": Velko Simiç ("Sabah")
"Turan Tovuz" - "Sumqayıt": Tyaqu Almeyda ("Sumqayıt")
"Turan Tovuz" - "Sumqayıt": Dioqo Balau ("Turan Tovuz)
"Turan Tovuz" - "Sumqayıt": Rəhim Sadıxov ("Turan Tovuz)
"Neftçi" - "Şəfa": Breno Almeyda ("Neftçi")
"Neftçi" - "Şəfa": Andrey Draqu ("Şəfa")
"Neftçi" - "Şəfa": Lyubomir Tupta ("Neftçi")
"Qarabağ" - "Araz-Naxçıvan": Taofik İsmail ("Qarabağ")
"Qarabağ" - "Araz-Naxçıvan": Jali Muaddib ("Qarabağ")
"Qarabağ" - "Araz-Naxçıvan": Ağadadaş Salyanski ("Araz-Naxçıvan")
"Qarabağ" - "Araz-Naxçıvan": Renaldo Sefas ("Qarabağ")
"Qarabağ" - "Araz-Naxçıvan": Alberto Fernandes ("Araz-Naxçıvan")
5-ci tur
"Araz-Naxçıvan" - "Turan Tovuz": Dioqo Balau ("Turan Tovuz")
"Araz-Naxçıvan" - "Turan Tovuz": Aleksa Yankoviçu ("Turan Tovuz")
"Zirə" - "Qarabağ": Anje Mutsinzi ("Zirə")
"Zirə" - "Qarabağ": İsmael Taofik ("Qarabağ")
"Sumqayıt" - "Şamaxı": Jota ("Şamaxı")
"Kəpəz" - "Qəbələ": Desmond Akua ("Kəpəz")
"İmişli" - "Neftçi": Breno Almeyda ("Neftçi")
"İmişli" - "Neftçi": Freddi Varqas ("Neftçi")
"İmişli" - "Neftçi": Denzel Jubitana ("Neftçi")
"Şəfa" - "Sabah": Yunes Laşaab ("Sabah") - 2
"Şəfa" - "Sabah": Du Keyros ("Sabah")
6-cı tur
"Kəpəz" - "Sumqayıt": Keffel Resende ("Sumqayıt")
"Şamaxı" - "Araz-Naxçıvan": Boyan Letiç ("Araz-Naxçıvan")
"Qəbələ" - "Neftçi": Viçko Şevel ("Neftçi")
"Qəbələ" - "Neftçi": Bassala Sambu ("Neftçi")
"Qəbələ" - "Neftçi": Alen Şkribek ("Neftçi")
"Sabah" - "İmişli": Du Keyros ("Sabah")
"Sabah" - "İmişli": Aleksey İsayev ("Sabah")
"Sabah" - "İmişli": Azər Salahlı ("İmişli")
7-ci tur
"Araz-Naxçıvan" - "Kəpəz": Viktor Stina ("Kəpəz")
"Araz-Naxçıvan" - "Kəpəz": Namik Ələskərov ("Kəpəz")
"Zirə" - "Şamaxı": Ayman Buali ("Şamaxı")
"Sumqayıt" - "Qəbələ": Ronaldo Vaskes ("Sumqayıt)
"Sumqayıt" - "Qəbələ": Rüstəm Əhmədzadə ("Sumqayıt")
"Sumqayıt" - "Qəbələ": Renan Santana ("Sumqayıt")
"Sumqayıt" - "Qəbələ": Meşak Uboçioma ("Qəbələ")
"İmişli" - "Qarabağ": Jali Muaddib ("Qarabağ")
"İmişli" - "Qarabağ": Renaldo Sefas ("Qarabağ")
"Şəfa" - "Turan Tovuz": Stiv Besnuar ("Turan Tovuz")
8-ci tur
"Şamaxı" - "Şəfa": Ayman Buali ("Şamaxı") - 2
"Şamaxı" - "Şəfa": Fərid Yusifli ("Şəfa")
"Qarabağ" - "Neftçi": Breno Almeyda ("Neftçi")
"Qarabağ" - "Neftçi": Falaye Sako ("Neftçi)
"Qarabağ" - "Neftçi": Viçko Şevel ("Neftçi")
"Qarabağ" - "Neftçi": Zakaria Savo ("Qarabağ")
"Qarabağ" - "Neftçi": Bruno Lanqa ("Qarabağ")
"İmişli" - "Turan Tovuz": Bəxtiyar Həsənalızadə ("İmişli")
"Sumqayıt" - "Araz-Naxçıvan": Mamadu Kane ("Araz-Naxçıvan")
"Qəbələ" - "Sabah": Kristian Nvaçukvu ("Sabah")
"Qəbələ" - "Sabah": Timoteuş Puxaç ("Sabah")
"Kəpəz" - "Zirə": Namik Ələskərov ("Kəpəz")
"Kəpəz" - "Zirə": Qismət Alıyev ("Zirə")
9-cu tur
"Şəfa" - "Kəpəz": Rauf Hüseynli (Şəfa)
"Şəfa" - "Kəpəz": Asumah Abubakar (Kəpəz)
"İmişli" - "Şamaxı": İdris İnqilablı (İmişli)
"İmişli" - "Şamaxı": Abdul Raşid Mumini (Şamaxı)
"Zirə" - "Sumqayıt": Qismət Alıyev ("Zirə")
"Zirə" - "Sumqayıt": Davit Volkov ("Zirə")
"Zirə" - "Sumqayıt": Mamadi Banqre (Sumqayıt)
"Neftçi" - "Turan Tovuz": Rüfət Abbasov (Neftçi)
"Neftçi" - "Turan Tovuz": David Tavares (Turan Tovuz)
"Araz-Naxçıvan" - "Qəbələ": Şarl Boli (Araz-Naxçıvan)
"Araz-Naxçıvan" - "Qəbələ": Endri Çekici (Qəbələ)
Mirağa