"İndi bizdən tələb olunan birinci pillədəki yerimizi qorumaqdır" - "Gəncəbasar"ın müdafiəçisi

 "İndi bizdən tələb olunan birinci pillədəki yerimizi qorumaqdır" - "Gəncəbasar"ın müdafiəçisi
1-ci Liqanın 6-cı turunda "Zaqatala"nı qəbul edən "Gəncəbasar" 7:0 hesablı qələbəyə sevindi. Elhad Nəzirinin rəhbərlik etdiyi kollektiv bu nəticənin ardından lider mövqeyinə yüksəldi. Gəncə təmsilçisinin müdafiəçisi Emil Bayramovla əlaqə saxlayıb Gəncədəki darmadağını dəyərləndirməsini istədik.
Arxa xətt oyunçusunun Fanat.Az-a açıqlaması belə oldu:
"Zaqatala" oyunda qeydə alınan hesab komandanın həftə boyu çəkdiyi əziyyətin nəticəsidir. Baş məşqçinin verdiyi tapşırıqları mümkün qədər yaxşı yerinə yetirməyə çalışdıq.
Əlbəttə, lider mövqeyində olmaq çox xoşdur. Komandamızın öz məqsədi var. İndi bizdən tələb olunan birinci pillədəki yerimizi qorumaqdır. Buna yalnız əzmkarlıq və çalışqanlıq hesabına nail ola bilərik. Qarşıdakı oyunlar bizim üçün böyük sınaq olacaq. Təqvim elədir ki, irəlidəki matçlarda turnir cədvəlinin üst pillələrində mövqe tutan komandalarla qarşılaşmalıyıq. Rəqiblərimizin hər birinə hörmətlə yanaşırıq. İnanıram ki, daha səylə çalışıb bu oyunlarda yaxşı nəticələr qazana bilərik".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər