“O, özünü son həddə qədər sınadı” - Mourinyu

“O, özünü son həddə qədər sınadı” -  Mourinyu
“Real Madrid” “Barselona” (Barcelona) üzərində qələbə qazansa da, komanda yarımmüdafiəçi Federiko Valverdenin (Federico Valverde) zədəsi ilə bağlı narahatlıq yaşayır.
Fanat.Az xəbər verir ki, informasiyanı “Football España”yayıb.
Mənbənin məlumatına görə, Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyu (José Mourinho, Jose Mourinho) futbolçunun “El-Klasiko” zamanı zədəli halda 40 dəqiqədən çox oynadığını açıqlayıb.
Mütəxəssis bildirib ki, uruqvaylı oyunçu zədələnməsinə baxmayaraq, meydanda qalmaq istəyib və özünü son həddə qədər sınayıb.
“Valverde zədələndi, lakin oyuna davam etmək istədi. O, özünü son həddə qədər sınadı və meydanda olduğu müddətdə əlindən gələni etdi”, - deyə Mourinyu bildirib.
Hazırda futbolçunun zədəsinin vəziyyəti barədə məlumat yoxdur. “Real Madrid” yarımmüdafiəçinin vəziyyəti ilə bağlı rəsmi tibbi açıqlama yaymayıb.
Madrid klubu qarşıdakı yeddi gün ərzində üç səfər oyunu keçirəcək. Bu səbəbdən Valverdenin vəziyyəti komanda üçün xüsusi əhəmiyyət daşıyır.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər