Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala yüksələ bilməyib.
Fanat.Az xəbər verir ki, titullu idmançı yarımfinalda iranlı Səid Esmaeiliyə (Saeid Esmaeili) məğlub olub.
Həsrət sabah üçüncü yer uğrunda mübarizə aparacaq.
Daha öncə Nihat Məmmədli (63 kq) finala vəsiqə qazanıb. Nihat 1/2 finalda Sergey Yemelinlə (Rusiya) dueldən qalib ayrılıb. O, sabah qızıl medal uğrunda qarşılaşmada Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək.
Bundan başqa, İslam Abbasov (87 kq) sabah təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. Onun 1/8 finalda uduzduğu rəqib finala yüksəldiyinə görə milli üzvü bu şansı qazanıb.
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal əldə edib.
Toğrul