Azərbaycan stolüstü tennisçisi Tunar Bağırov daha bir beynəlxalq yarışda mükafat qazanıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından Fanat.Az-a verilən məlumata görə, idmançı "Riga City Council's Youth Cup 2026" turnirində fərqlənib.
Öz yaşıdları arasında mübarizəni 1/4 finalda başa vuran 16 yaşlı stolustü tennisçi U-19 kateqoriyasında daha yaxşı nəticə göstərib.
Qrup mərhələsində Malta, Estoniya (Eesti, Estonia), İsveç (Sverige, Sweden), 1/16 finalda İngiltərə (England), 1/8-də Litva (Lietuva, Lithuania), 1/4-də Latviya (Latvija, Latvia) idmançılarına qalib gələn Tunar yarımfinalda litvalı rəqibinə uduzaraq 3-cü yeri tutub.
Qeyd edək ki, bu, idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatıdır.