Azərbaycan millisi EEVZA çempionatını 5-ci pillədə başa vurdu

Azərbaycan millisi EEVZA çempionatını 5-ci pillədə başa vurdu

Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatını beşinci pillədə başa vurub.

Fanat.Az xəbər verir ki, baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi kollektiv beşinci yer uğrunda görüşdə Gürcüstan yığmasını 3:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində keçirilən yarışda Azərbaycan millisi A qrupunda Polşa (Polska, Poland) və Latviya (Latvija, Latvia) seçmələrinə 0:3 hesabı ilə uduzub.

Finalda Polşa yığması Ukrayna (Ukraine) komandasını 3:2 hesabı ilə məğlub edərək EEVZA çempionatının qalibi olub və 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər