İspaniyanın "Barselona" (Barcelona) klubu "Fiorentina"nın sağ cinah müdafiəçisi Dodonu (Dodo) transfer siyahısına daxil edib.
Fanat.Az SPORT nəşrinə istinadən xəbər verir ki, ötən yay müqavilənin müddətini uzatmaqdan imtina edən braziliyalı futbolçu üçün "Fiorentina" yanvar ayında gələcək təklifləri dəyərləndirməyə hazırdır.
27 yaşlı müdafiəçinin azad agent kimi komandanı tərk edəcəyi gözlənilir.
Onun müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq