“Barselona” (Barcelona) və İspaniya millisinin vingeri Lamin Yamal (Lamine Yamal) ilin ən yaxşı gənc futbolçusu mükafatını qazanıb.
Fanat.Az xəbər verir ki, 18 yaşlı futbolçu mükafata Londonda keçirilən “Qızıl top” mərasimində layiq görülüb.
Yamal ötən il də bu nominasiyada qalib olmuşdu.
Qeyd edək ki, “Qızıl top” mərasimi tarixdə ilk dəfə Fransadan kənarda təşkil olunur və tədbirə London ev sahibliyi edir. Xatırladaq ki, mükafat hər il “France Football” jurnalı tərəfindən təqdim olunur, ötən ilin “Qızıl top” qalibi isə PSJ-nin (Paris Saint-Germain) hücumçusu Usman Dembele (Ousmane Dembélé, Ousmane Dembele) olub.