“Qalatasaray”ın (Galatasaray) baş məşqçisi Okan Buruk “Fənərbağça” (Fenerbahçe, Fenerbahce) üzərində qazanılan qələbədən sonra açıqlama verib.
Fanat.Az xəbər verir ki, “Qalatasaray” Türkiyə Super Liqasının 9-cu turunda əzəli rəqibi “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib.
Matçdan sonra qarşılaşmanı dəyərləndirən Okan Buruk komandasının üstün oyun nümayiş etdirdiyini bildirib.
“Rəqibimizi tanıyırıq. Start heyətini görəndə necə oynayacaqlarını, hansı mövqedə gözləyəcəklərini və sürətli hücumlara üstünlük verəcəklərini bilirdik. Meydanda düzgün yerləşdik. Xüsusilə ilk hissədəki hərəkətliliyimiz sayəsində çoxlu boş zona tapdıq. Rəqibin müdafiə xətləri arasına dəqiq ötürmələr etdik. Çoxlu qol vəziyyəti yaratdıq. Bu, mövsüm ərzində ən üstün oynadığımız matçlardan biri idi. Daha fərqli hesabla qalib gələ bilərdik”, - deyə mütəxəssis bildirib.
Buruk 2:1 hesabından sonra oyunun müəyyən qədər dəyişdiyini, lakin komandasının yenə də qol imkanları yaratdığını vurğulayıb.
“Matçın əvvəlindən sonuna qədər üstün oynadıq. Statistik göstəricilərə baxanda komandalar arasında inanılmaz fərq var idi. Azarkeşlərimiz bizə böyük dəstək göstərdilər. Həm onlara, həm də futbolçularıma təşəkkür edirəm. Bu, vacib qələbə idi. Qalib gəldiyimiz üçün xoşbəxtəm, amma hələ heç nə qazanmamışıq. Sadəcə derbidə qalib gəldik. Qarşıdakı oyunlarımız da çətin olacaq. Bundan sonra da eyni səviyyədə oynamağa davam etməliyik”, - deyə baş məşqçi qeyd edib.
Okan Buruk “Qalatasaray”ın futbolçusu Batrakovun inkişafından da danışıb və onun komanda üçün vacib qazanc olduğunu bildirib.
Əlisahib İbrahimli