Bu gün Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi başlayır.
Fanat.Az xəbər verir ki, Premyer Liqa və 1-ci Liqa komandalarının da qoşulduğu raundun oyunları 3 günü əhatə edəcək.
İlk gündə 1/8 finala adlayacaq 5 komandanın adına aydınlıq gələcək. Premyer Liqa təmsilçilərindən "Araz-Naxçıvan" "Şimal"la, "Sumqayıt" "Kür-Araz"la, "Qəbələ" "Mingəçevir"lə, "Zirə" isə "Səbail"lə üz-üzə gələcək. Daha bir görüşdə isə "Zaqatala" ilə "Marafon" münasibətlərinə aydınlıq gətirəcəklər.
2-ci təsnifat mərhələsinin 5 oyunu ("İmişli" – "Qaradağ Lökbatan", MOİK – "Şahdağ Qusar", "Hypers" – "Şamaxı", "Şəfa" – "Ağstafa Gəncləri", "Kəpəz" – "Baku Sportinq" (Sporting)) sabah, son 2 qarşılaşması ("Xankəndi" – "Gəncəbasar", "Zəngəzur" – "Karvan Yevlax") isə 29 oktyabrda baş tutacaq. "Sabah", "Qarabağ", "Neftçi" və "Turan Tovuz" mübarizəyə məhz 1/8-dən başlayacaqlar.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
27 oktyabr
14:00. "Şimal" – "Araz-Naxçıvan"
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu.
14:00. "Marafon" – "Zaqatala"
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Sabirabad. "Marafon Arena".
17:00. "Kür-Araz" – "Sumqayıt"
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Sumqayıt. "SOCAR Polymer Arena".
17:00. "Qəbələ" – "Mingəçevir"
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu.
18:00. "Səbail" – "Zirə"
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Masazır. "Bank Respublika Arena".