"Qalatasaray" (Galatasaray) Türkiyə Super Liqası tarixində ən çox qələbə qazanan komanda adına sahib çıxıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Anadolu Ajansı" yayıb.
Mənbənin məlumatına görə, İstanbul təmsilçisi "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) üzərində qələbədən sonra ölkə çempionatında qazandığı qələbələrin sayını 1315-ə çatdırıb.
Beləliklə, "sarı-qırmızılar" bu göstəricidə əzəli rəqibini geridə qoyaraq Türkiyə Super Liqası tarixində yeni rekorda imza atıblar.
"Qalatasaray"ın bu uğuru klubun ölkə futbolunda uzun illər ərzində qazandığı nəticələrin və çempionatda göstərdiyi sabit çıxışın göstəricisi kimi qiymətləndirilir. İstanbul təmsilçisi "Fənərbağça" ilə rəqabətdə daha bir statistik üstünlük əldə edib.
Qeyd edək ki, "Qalatasaray" və "Fənərbağça" Türkiyə futbolunun ən köklü klubları sırasında yer alır. Komandalar arasında rəqabət təkcə titullar uğrunda mübarizədə deyil, statistik göstəricilərdə də davam edir.
Əlisahib İbrahimli