Kerrik MY-dən ayrılacaq?

Kerrik MY-dən ayrılacaq?
"Mançester Yunayted"in (Manchester United) baş məşqçisi Maykl Kerrikin (Michael Carrick) gələcəyi sual altına düşüb.
Fanat.Az xəbər verir ki, İngiltərə klubu ardıcıl uğursuz nəticələrdən sonra baş məşqçi dəyişikliyini nəzərdən keçirir.
İnformasiyanı "Sky Sports" yayıb.
Məlumata görə, "Mançester Yunayted" Premyer Liqanın son turunda doğma meydanda "Bornmut"a (Bournemouth) 0:3 hesabı ilə məğlub olub. Bu nəticədən sonra komandanın bütün turnirlərdə qələbəsiz oyunlarının sayı səkkizə çatıb.
Bundan əvvəl "qırmızı şeytanlar" UEFA Çempionlar Liqasında "Komo"ya (Como) 1:4 hesabı ilə uduzublar. Komandanın uğursuz çıxışı klub rəhbərliyini alternativ namizədləri nəzərdən keçirməyə vadar edib.
Kerrikin mümkün əvəzləyiciləri arasında Eddi Hau (Eddie Howe) və Yulian Nagelsmann (Julian Nagelsmann) əsas namizədlər hesab olunur. "Mançester Yunayted"in futbol direktoru Ceyson Uilkokun (Jason Wilcox) Premyer Liqada təcrübəsi olan Hauya üstünlük verdiyi bildirilir. Klubun transfer və skautinq üzrə rəhbəri Kristofer Vivell (Christopher Vivell) isə Nagelsmannın namizədliyini dəstəkləyir.
Unay Emeri (Unai Emery) və Antonio Konte (Antonio Conte) də mümkün namizədlər arasında göstərilir.
Kerrikin gələcəyi ilə bağlı yekun qərarın klub rəhbərliyinin müzakirələrindən sonra veriləcəyi gözlənilir. Hələlik onun vəzifədən ayrılması barədə rəsmi açıqlama yoxdur.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər