Azərbaycan çempionu "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında əsas mərhələsində mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, Naxçıvan təmsilçisi bu gün Polşanın Qlivise şəhərində təşkil olunan 5-ci qrup çərçivəsində ilk oyununa çıxacaq.
Fərid Atakişiyevin baş məşqçisi olduğu komanda ilk turda Macarıstanın “Uypest” (Újpest, Ujpest) kollektivi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Açılış matçında əsas hakim fransalı Viktor Şayks (Victor Saez), köməkçilər isə Latviyadan olan Sergey Şaçmans (Sergejs Sceglovs) və İqor Yaçeviç (Igors Jacevics) olacaq.
Qeyd edək ki, təmsilçimiz sabah Bosniya və Herseqovinanın “Buba Mara, qrupda son görüşünü oktyabrın 30-da yerli “Piast”a qarşı keçirəcək.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, 5-ci qrup
27 oktyabr
16:00. Araz-Naxçıvan – Uypest (Macarıstan)
Hakimlər: Viktor Şayks (Fransa), Sergey Şaçmans, İqor Yaçeviç (hər ikisi Latviya).
Taymkiper: Dominik Lorke (Polşa).
Hakim-inspektor: Sven Ayxler (Almaniya).
UEFA nümayəndəsi: Marina Kirilyuk (Ukrayna).
Qlivise. "Prezero Arena".