"Qalatasaray"ın oyunçularına derbidəki qələbəyə görə bu qədər mükafat veriləcək

"Qalatasaray"ın oyunçularına derbidəki qələbəyə görə bu qədər mükafat veriləcək

"Qalatasaray" (Galatasaray) rəhbərliyi "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) üzərindəki qələbədən sonra komanda üzvlərinə mükafat verməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Hürriyet" yayıb.

İstanbul təmsilçisinin prezidenti Dursun Özbek derbi matçından sonra futbolçulara ümumilikdə 2,5 milyon avro mükafat ayrıldığını bildirib.

Xatırladaq ki, Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində baş tutan "Qalatasaray" - "Fənərbağça" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb və görüş başa çatdıqdan sonra futbolçular arasında qalmaqal yaşanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər