Bu gün Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi start götürür.
Fanat.Az xəbər verir ki, saat 14:00-da başlayacaq ilk iki oyundan biri “Marafon”la “Zaqatala” arasında olacaq.
Premyer Liqa təmsilçilərindən 4-ü - “Zirə”, "Sumqayıt", "Araz-Naxçıvan" və "Sumqayıt" da bu gün mübarizəyə qoşulacaq. Çempionatın autsayderi olan "qırmızı-ağlar" "Şimal"la, "gənclik şəhəri" təmsilçisi "Kür-Araz"la, "qartallar" “Səbail”lə səfər qarşılaşacaq. “Qəbələ” isə "Mingəçevir"i qonaq edəcək
2-ci təsnifat mərhələsinin 5 oyunu ("İmişli" – "Qaradağ Lökbatan", MOİK – "Şahdağ Qusar", "Hypers" – "Şamaxı", "Şəfa" – "Ağstafa Gəncləri", "Kəpəz" – "Baku Sportinq" (Sporting)) sabah, son 2 qarşılaşması ("Xankəndi" – "Gəncəbasar", "Zəngəzur" – "Karvan Yevlax") isə 29 oktyabrda baş tutacaq. "Sabah", "Qarabağ", "Neftçi" və "Turan Tovuz" mübarizəyə məhz 1/8-dən başlayacaqlar.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
27 oktyabr
14:00. "Şimal" – "Araz-Naxçıvan"
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu.
“Şimal”: 27. Elmar Əzizov, 16. Amil Məmmədov (k), 44. Gülalı Mehrəliyev, 4. Elnur İbrahimov, 6. Rüstəm Hümbətov, 17. Murad Dadaşev, 10. Ceyhun Kəlbəliyev, 11. Niyazi Osmanov, 3. Musa Diallo (Moussa Diallo), 15. Lama Bamba, 14. Mustafa Niambele (Mustapha Niambele).
Ehtiyat oyunçular: 1. Natiq Daşdəmirli, 13. Murad Ağamalıyev, 7. Elşad Əliyev, 70. Cavid Quliyev, 22. Şirin Şirinov, 8. Pirverdi Seyidov, 25. Abubakar Umar, 24. Obodji Qberi (Obedji Gbèri, Obedji Gberi).
Məşqçi: Tural Cəlilov.
“Araz-Naxçıvan”: 1. Artur Auqusto (Artur Augusto), 29. Ceyhun Nuriyev, 2. Abdulla Rzayev, 9. Ağadadaş Salyanskiy, 27. Boyan Letiç (Bojan Letić, Bojan Letic), 6. Patrik Andrade (k), 11. Mohamed Mara, 36. Mamadu Kane (Mamadou Kane), 12. Bruno Franko (Bruno Franco), 5. Luka Dumançiç (Luka Dumančić, Luka Dumancic), 23. Alberto Fernandes (Alberto Fernández, Alberto Fernandez).
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 26. Ömər Buludov, 13. Qabil Əlizadə, 77. Nihat Mehralıyev, 10. Şarl Boli (Charles Boli), 19. Abdallah Sudi (Abdallah Soudi).
Məşqçi: Zaur İsmayılov.
14:00. "Marafon" – "Zaqatala"
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Sabirabad. "Marafon Arena".
“Marafon”: 94. Rafiq Kərimov, 15. Nodar Məmmədov, 21. Novruz Məmmədov (k), 11. İlham Allahverdiyev, 14. İlqar Ələkbərov, 44. Ülvi İbazadə, 10. Emin Quliyev, 29. Elşən Veysov, 3. Fərid Nadirov, 5. Emil Quluzadə, 12. Xəyyam Hüseynov.
Ehtiyat oyunçular: 71. Qurban Məhərrəmov, 93. Əli Həsənzadə, 6. Pərviz Qaraxanov, 7. Fərid Kərimzadə, 17. Tofiq Nəsibov, 8. Elmar Rəhimov, 77. Hakan Həsənov, 33. Uğur Səfərov, 41. İlkin Budaqov, 27. Əşrəf Ələkbərli.
Baş məşqçi: Ceyhun Cavadov.
“Zaqatala”: 12. Nicat Məmmədzadə, 5. İbrahim Məmmədov, 70. İbrahim Ramazanov (k), 27. Fərid Cəfərov, 20. Adəm Topalov, 17. Raul Nağıyev, 7. Allahverdi Rəhimov, 9. Elxan Məmmədov, 10. Emmanuel Obuobi, 13. İlyas Abdullayev, 16. Samuel Anadem.
Ehtiyat oyunçular: 1. Davud Şabanov, 77. Sərxan Abdullayev, 11. Əsədulla Heydərov, 15. Bəhram Köçərli, 33. Sənan Musayev, 19. Aqil Əzimli, 18. Hacı Şabanov.
Baş məşqçi: Rakif Əliyev.
17:00. "Kür-Araz" – "Sumqayıt"
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Sumqayıt. "SOCAR Polymer Arena".
17:00. "Qəbələ" – "Mingəçevir"
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu.
18:00. "Səbail" – "Zirə"
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Masazır. "Bank Respublika Arena".