Bu gün Azərbaycanın "DH Volley" qadın voleybol komandaları arasında Çağırış Kubokunun 1/32 final mərhələsinin ilk oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Danimarka "Holte"si ilə qarşılaşacaq.
Holte şəhərindəki "Ny Holtehal"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
“DH Volley” və “Holte” arasında ikinci qarşılaşma noyabrın 5-də Bakıda baş tutacaq. CEV Çelenc Kubokunun 1/32 final mərhələsində növbəti raunda yüksələcək komanda iki görüşün nəticəsinə əsasən müəyyənləşəcək.
CEV Çelenc Kuboku
1/32 final
27 oktyabr
22:00. Holte (Danimarka) – DH Volley (Azərbaycan)
Holte. "Ny Holtehal".