ÇL: "Sabah" Fransa təmsilçisi ilə qarşılaşır

ÇL: "Sabah" Fransa təmsilçisi ilə qarşılaşır
Bu gün Azərbaycanın "Sabah" basketbol komandası Çempionlar Liqasının müntəzəm mövsümünün A qrupunda 3-cü turun oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Lazar Spasiçin (Lazar Spasić, Lazar Spasic) baş məşqçisi olduğu təmsilçimiz evdə Fransa "Nanter"ini (Nanterre) qəbul edəcək.
Milli Gimnastika Arenasında baş tutacaq görüş saat 20:00-da başlayacaq.
Xatırladaq ki, "Sabah" bundan əvvəl səfərdə "Rytas"a (73:82) və "Trabzonspor"a (83:100) məğlub olub.
Çempionlar Liqası
A qrupu
27 oktyabr
20:00. Sabah (Azərbaycan) – Nanter (Fransa)
Bakı, Milli Gimnastika Arenası.
Xal durumu: Trabzonspor (Türkiyə) – 4 xal, Nanter (Fransa) - 3, Rytas (Litva) – 3, Sabah (Azərbaycan) – 2.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər