"Kəpəz" klubu sabah tarixində 31-ci dəfə Azərbaycan kuboku uğrunda yarışda mübarizəyə başlayır. Gəncə təmsilçisinin mətbuat xidməti kubokdakı növbəti sınağı ərəfəsində yaxın keçmişə nəzər salıb, maraqlı məqamları xatırladıb.
Fanat.Az xəbər verir ki, "sarı-göylər" indiyədək 4 dəfə kubokun finalında iştirak hüququna yiyələniblər.
Özü də hər 4 həlledici görüş uğurla nəticələnib. "Kəpəz" tarixinin qızıl dövrünə təsadüf edən bu nailliyətlər zamanı komandanın baş məşqçisi Gəncə futbolunun canlı əfsanəsi Mehman Allahverdiyev olub.
"Kəpəz" finallarda
1993/94 "Kəpəz" - "Xəzər" (Lənkəran) 2:0
1996/97 "Kəpəz" - "Xəzri" 1:0
1997/98 "Kəpəz" - "Qarabağ" 2:0
1999/2000 "Kəpəz" - "Qarabağ" 2:1
Ümumiyyətlə, indiyədək Azərbaycan kubokunu 10 kollektiv qazanıb. "Kəpəz" qaliblərin siyahısında titulların sayına görə 3-cü yeri tutur.
Azərbaycan kubokunun qalibləri:
"Qarabağ" - 8 dəfə
"Neftçi" - 6 dəfə
"Kəpəz" - 4 dəfə
"Bakı" - 3 dəfə
"Xəzər-Lənkəran" - 3 dəfə
"Keşlə" - 2 dəfə
"Qəbələ" - 2 dəfə
"Sabah" - 2 dəfə
"İnşaatçı" - 1 dəfə
"Şəfa" - 1 dəfə
"Kəpəz"in 2026/27 mövsümündə ilk rəqibi I Liqa təmsilçisi "Baku Sportinq"dir. Püşkatma zamanı "Baku Sportinq"in adı çıxan zaman sanki dejavu yaşandı. Axı gəncəlilər 3 il öncə ölkə kubokunun ikinci təsnifat mərhələsində məhz elə bu rəqiblə üzə-üzə gəlmişdilər. Həmin vaxt "Baku Sportinq"i matçın əsas vaxtında üstələyə bilməyən "Kəpəz" əlavə hissələrdə 2 qol vuraraq 1/8 finala yüksəlmişdi.
Bəli, kubok yarışını adətən belə adlandırırlar: qitəmiqyaslı turnirlərə ən qısa yol. Çünki uzun və gərgin çempionatdan fərqli olaraq, kubokda cəmi 5-6 rəqibi üstələməklə, həm baş mükafatı qazanmaq mümkündür, həm də avrokuboklara vəsiqəni. "Kəpəz" bir oyunluq format üzrə keçirilən ikinci təsnifat mərhələsində "Baku Sportinq"ə qalib gələcəyi təqdirdə, 1/8 finalda səfərdə "Turan Tovuz"la qarşılaşacaq. Komandanın altqrupunda favoritlərdən biri "Zirə" sayılır. Yəni, 1/4 finalda mümkün rəqib adıçəkilən klub ola bilər.
Kubok yarışı sürprizlərlə doludur. Güclü azarkeş dəstəyi sayəsində Misli Premyer Liqasında uğurlu qrafik cızan "sarı-göylər" kubokda iddialı ola bilərlər. Final matçının 2027-ci il mayın 12-də Gəncə şəhər stadionuna təyin olunduğunu nəzərə alsaq, "Kəpəz"in finala yüksəlişi yerli futbol həvəskarları üçün ikiqat bayram olardı. Necə deyərlər, iştah diş altındadır. Komandanın kubokdakı uzunmüddətli sindromu qıracağına ümidvarıq. Hər bir halda, baş məşqçi Azər Məmmədova və onun "Yenilməz armada"sına uğurlar!
"Kəpəz" Azərbaycan kuboku yarışlarında:
114 oyun, 63 qələbə, 16 heç-heçə, 35 məğlubiyyət; topların fərqi 203-122
1992 - 1/8 final
1993 - birinci tur
1993/94 - qalib
1994/95 - 1/2 final
1995/96 - 1/4 final
1996/97 - qalib
1997/98 - qalib
1998/99 - 1/4 final
1999/2000 - qalib
2000/01 - 1/4 final
2001/02 - 1/2 final
2003/04 - 1/8 final
2004/05 - 1/8 final
2005/06 - 1/8 final
2009/10 - 1/8 final
2010/11 - 1/8 final
2011/12 - 1/8 final
2012/13 - 1/8 final
2013/14 - ikinci tur
2015/16 - 1/8 final
2016/17 - 1/4 final
2017/18 - 1/4 final
2018/19 - 1/8 final
2019/20 - 1/8 final
2020/21 - 1/4 final
2021/22 - 1/8 final
2022/23 - 1/4 final
2023/24 - 1/8 final
2024/25 - 1/4 final
2025/26 - 1/4 final