Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində "Şahdağ Qusar"la qarşılaşan MOİK 1:9 hesabı ilə uduzaraq mübarizəni dayandırdı. "Hərbçilər"in baş məşqçisi İlham Yadullayevlə əlaqə saxlayıb ağır yenilginin səbəbini nədə gördüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Çox ağır məğlubiyyət aldıq. Gözlənilməz məğlubiyyət idi. Təbii, uduzmaq olar, amma belə məğlubiyyət barədə danışmaq, nəsə demək də çətindir. Futbolçulardan narazılığım yoxdur, oynadılar... Sadəcə olaraq hesab belə oldu. Oyunu izləyəcəyəm, analiz edəcəyik. Səbəblərə təhlillərdən sonra aydınlıq gələcək. Düşünürəm ki, uşaqlar da çalışdılar. Rəqib yaratdığı epizodlardan çox yaxşı istifadə etdi. Bizim də epizodlarımız var idi, lakin yalnız birindən faydalana bildik. Kubok matçındakı nəticənin çempionat matçına təsir etməməsi vacibdir. Bu nəticədən dərs çıxarıb yolumuza davam etmək istəyirik".
Nihat