Dünya çempionatı: Daha 3 güləşçimiz mübarizəyə qoşulur

Dünya çempionatı: Daha 3 güləşçimiz mübarizəyə qoşulur
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın daha üç təmsilçisi mübarizəyə qoşulacaq.
Yarışın altıncı günündə bir qadın və iki kişi sərbəst güləşçimiz xalça üzərinə çıxacaq.
59 kq çəki dərəcəsində çıxış edən Ruzanna Məmmədova ilk görüşündə yaponiyalı Natsuki Yamaquçi (Natsuki Yamaguchi) ilə qarşılaşacaq.
Sərbəst güləşçilərdən Rəşid Babazadə (65 kq) qırğızıstanlı Tairbek Jumaşbeklə (Tairbek Jumashbek), Maqomedxan Maqomedov (97 kq) isə belaruslu Aleksandr Quştinlə (Aleksandr Hushtyn) üz-üzə gələcək.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 medal var. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər