"Kristal Pelas" İsmaila Sarrı "Liverpul" və "Qalatasaray"a satmayacaq

"Kristal Pelas" İsmaila Sarrı "Liverpul" və "Qalatasaray"a satmayacaq

İngiltərənin "Kristal Pelas" (Crystal Palace) klubu qış transfer pəncərəsində İsmaila Sarı (Ismaïla Sarr, Ismaila Sarr) satmağı düşünmür.

Fanat.Az xəbər verir ki, informasiyanı “Football Insider” yayıb.
Məlumata görə, Premyer Liqa təmsilçisi 28 yaşlı cinah oyunçusu ilə müqavilənin uzadılması istiqamətində danışıqlar aparır. London klubu seneqallı futbolçunu uzun müddət heyətində saxlamağı planlaşdırır. Bununla belə, Sarra maraq göstərən klubların sayı çoxdur.
"Liverpul" (Liverpool) yay transfer pəncərəsində onun üçün təxminən 50 milyon funt sterlinq təklif etsə də, "Kristal Pelas" bu təklifi qəbul etməyib. "Qalatasaray" (Galatasaray) da futbolçunu transfer etmək istəyir və yanvarda onun keçidi üçün yenidən cəhd göstərməyi planlaşdırır. Seneqallı oyunçunu Səudiyyə Ərəbistanı klubları da izləyir.
Qeyd edək ki, İsmaila Sarr 2024-cü ildən “Kristal Pelas”ın formasını geyinir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər