Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi start götürüb. Bu raundun hazırda davam edən "Şimal" - "Araz-Naxçıvan" matçında qonaqları meydana baş məşqçi Yuri Maksimov (Yuriy Maksimov) deyil, onun köməkçisi Zaur İsmayılov çıxarıb.
Fanat.Az-ın məlumatına görə, buna səbəb ukraynalı mütəxəssisin cəzalı olmasıdır.
Belə ki, Maksimov 2018-ci ildə "Keşlə"ni (indiki "Şamaxı" - red.) çalışdırarkən ölkə kubokunun 1/2 final mərhələsinin cavab qarşılaşmasının - "Sumqayıt"la görüşün 72-ci dəqiqəsində aqressiv davranışa görə texniki zonadan kənarlaşdırılıb və 4 oyunluq diskvalifikasiya edilib. Qəbələ şəhər stadionunda baş tutan finalda "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edərək titula sahib çıxdıqları oyunu kənardan izləyən əcnəbi mütəxəssis "Araz-Naxçıvan" yoluna davam edəcəyi təqdirdə, növbət 2 kubok matçında da texniki zonada olmayacaq.
Nihat