"Rəqibimiz Premyer Liqa təmsilçisi olsa da..." - Amit Quluzadə

"Rəqibimiz Premyer Liqa təmsilçisi olsa da..." -  Amit Quluzadə

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi start götürüb. Bu raundda "Qaradağ Lökbatan" və "İmişli" üz-üzə gələcək.

Komandanın baş məşqçisi Amit Quluzadə ilə əlaqə saxlayıb matçdan gözləntilərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Düşünürəm ki, maraqlı oyun olacaq. Demək olar ki, "İmişli"ni yaxşı analiz etmişik. İndi bilmirəm, rəqibdə rotasiya olacaq, yoxsa yox. Amma fikrimcə, maraqlı oyun alınacaq.

Rəqibimiz Premyer Liqa təmsilçisi olsa da, görüşə məğlub olaraq qayıtmaq üçün çıxmırıq. Şansımız varsa, ondan istifadə etmək istəyirik. İstədiklərimizi həyata keçirə bilsək, maraqlı nəticə əldə etmək imkanımızın olduğunu düşünürəm.
Buna baxmayaraq, üzərimizdə heç bir təzyiq yoxdur. Premyer Liqa təmsilçisi ilə oynayırıq. Ona görə də əlimizdən gələni edib yaxşı oyun nümayiş etdirməklə müəyyən nəticəyə nail olmağa çalışacağıq".
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər