Millimizin növbəti rəqibi müəyyənləşdi

Millimizin növbəti rəqibi müəyyənləşdi

Azərbaycan millisi FIFA (Fédération Internationale de Football Association) U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində növbəti oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, millimiz oktyabrın 28-də saat 11:30-da Hövsan Yarış Kompleksində Çili (Chile) yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnirin əsasnaməsinə əsasən, qalib komandalar 1/8 final mərhələsinə yüksələcəklər. Məğlub komandalar isə digər məğlub komandalarla qarşılaşacaqlar. Hər komanda 3-cü səbətdə ümumilikdə beş oyun keçirəcək. Bütün görüşlərini qələbə ilə başa vuran komanda bu səbətin qalibi olacaq və ümumi turnir sıralamasında 65-ci yeri tutacaq. Bütün oyunlarında məğlub olan komanda isə 3-cü səbətdə 32-ci, ümumi turnir sıralamasında isə 96-cı yerdə qərarlaşacaq.

Turnirin oyunlarının nəticələri və təqvimi ilə https://match.affa.az/fifa-u15 saytı vasitəsilə tanış olmaq mümkündür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər