"Neftçi"nin futbolçusu İqor Ribeyro (Igor Ribeiro) iki oyunluq diskvalifikasiya edilib.
Fanat.Az xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin son iclasında çıxarılıb.
Cəzaya braziliyalı müdafiəçinin Misli Premyer Liqasının 9-cu turunda "Turan Tovuz"la oyunda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub. "Neftçi" buna görə 1000 manat cərimələnib.
"Araz-Naxçıvan" isə 700 manat cərimə edilib. Naxçıvan təmsilçisi "Qəbələ" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün ziyana düşüb. "Qəbələ"dən isə 5 nəfər sarı vərəqə aldığı üçün eyni məbləğ ödəniləcək.
"Şamaxı"nın 5 oyunçusu "İmişli" ilə qarşılaşmada sarı vərəqə aldığından klub 700 manat ödəyəcək.
Cərimələnənlə arasında "Şəfa" da var. Bakı təmsilçisinə "Kəpəz"lə oyunda matçın ilkin protokolunun elektron sistemdə gec təsdiq edilməsi səbəbindən 1500 manat cərimə tətbiq edilib.