Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxır.
Fanat.Az xəbər verir ki, 5-ci qrupda yer alan təmsilçimiz 2-ci turun oyununda Bosniya və Herseqovina komandası "Bubamara" ilə qarşılaşacaq.
Qlivitse şəhərindəki "Prezero Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə 17:30-da start götürəcək.
Qeyd edək ki, Naxçıvan komandası dünən keçirilən ilk oyununda Macarıstanın "Uupest" (Újpest, Ujpest) komandası ilə qarşılaşaraq 5:4 hesabı ilə qarşılaşıb. "Qırmızı-ağlar"ı qarşıda Polşanın "Piast" komandası ilə (30 oktyabr) daha bir qrup oyunu gözləyir. Meydan sahibləri ilk turda "Bubamara"ya 4:2 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası
Əsas mərhələ, 5-ci qrup
28 oktyabr
17:30. Bubamara (Bosniya və Herseqovina) – Araz-Naxçıvan (Azərbaycan)
Qlivitse. "Prezero Arena".