“Fənərbağça” (Fenerbahçe, Fenerbahce) baş məşqçisi İsmyıl Kartalla (İsmail Kartal, Ismail Kartal) yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin yaydığı açıqlamada qərarın qarşılıqlı razılıq əsasında qəbul edildiyi bildirilib.
Komanda Türkiyə Super Liqasının 9 turundan sonra 16 xalla 5-ci pillədə qərarlaşıb.
Kartal mövsümün əvvəlində dördüncü dəfə “Fənərbağça”nın sükanı arxasına keçmişdi.
65 yaşlı mütəxəssis 2023/2024 mövsümündə də komandaya rəhbərlik edib və çempionatı 99 xalla ikinci yerdə başa vurub.