Azərbaycanı Avropa çempionatında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycanı Avropa çempionatında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycanı oktyabrın 30-dan noyabrın 1-dək İtaliyanın Neapol şəhərində keçiriləcək U-23 Avropa çempionatında təmsil edəcək cüdoçular bəlli olub.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölkə beynəlxalq yarışda 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman (Richard Trautmann), böyük məşqçi Elxan Məmmədov və məşqçi Əbdülhəqq Rəsullu rəhbərlik edəcək.

Komandanın heyətində Murad Muradlı, Babarəhim Mirzəyev (hər ikisi 60 kq), Nizami İmranov İslam Rəhimov (hər ikisi 66 kq), Əbil Yusubov, Mehdi Cəfərov (hər ikisi 73 kq), Əjdər Bağırov (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər