FIBA Avropa Kuboku: "LANDAU Lions" Türkiyə təmsilçisinə qarşı

FIBA Avropa Kuboku: "LANDAU Lions" Türkiyə təmsilçisinə qarşı
FIBA Avropa Kubokunda qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "LANDAU Lions" da bu gün növbəti avrokubok matçına çıxacaq.
"Şirlər" Bakıda "Dənizli Basket"i (Denizli Basket) qonaq edəcək. Türkiyə təmsilçisi ilə görüş Bakı İdman Sarayında baş tutacaq və saat 20:30-da başlayacaq.
Qeyd edək ki, Erhan Tokerin çalışdırdığı "LANDAU Lions" ilk üç oyunda məğlub olub. Komandamız ilk turda evdə "Lions de Geneve"yə (83:105), 2-ci turda səfərdə "Prievidza"ya (84:108), 3-cü turda isə Danimarkada "Bakken Bears"a (88:91) uduzub.
FIBA Avropa Kuboku
G qrupu, 4-cü tur
28 oktyabr
20:30. LANDAU Lions (Azərbaycan) - "Dənizli Basket" (Türkiyə)
Bakı İdman Sarayı.
Xal durumu: Bakken Birs (Danimarka) - 5, Benfika (Portuqaliya) – 4 xal, Dənizli Basket (Türkiyə) - 3, Lions de Geneve (İsveçrə) - 3, Prievidza (Slovakiya) – 3, LANDAU Lions (Azərbaycan) – 3.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər