Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar

Azərbaycanın yunan-Roma güləşçiləri Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını ikinci sırada başa vurublar.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisi komanda hesabında 104 xal toplayaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

İran (Iran) millisi 192 xalla birinci, Özbəkistan (O‘zbekiston, Uzbekistan) isə 80 xalla üçüncü olub.

Xatırladaq ki, yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər