“Qarabağ” futbolçu Abbas Hüseynovla yollarını ayırıb. 
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2017-ci ildə “Qarabağ”a keçən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Abbas "Qarsbağ"la birlikdə 7 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.