Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 5 1/8 finalçının adına aydınlıq gələcək.
Bugünkü qarşılaşmalardan 3-ü saat 14:00-da, biri 16-da, sonuncusu isə 19-da başlayacaq. Premyer Liqa təmsilçilərindən "İmişli" "Qaradağ Lökbatan"ı, "Şamaxı" "Hypers"i, "Şəfa" "Ağstafa Gəncləri"ni, "Kəpəz" isə "Baku Sportinq"i (Sporting) sınağa çəkəcək. Bundan başqa, 1-ci Liqa təmsilçilərindən "Şahdağ Qusar" ilə MOİK münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, ötən gün “Marafon” “Zaqatala”nı, “Qəbələ” “Mingəçevir”i, “Araz-Naxçıvan” “Şimal”ı, “Sumqayıt” “Kür-Araz”ı böyük hesabla, "Zirə" isə "Səbail"i penalti seriyasında məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.
Günün son “Səbail” - “Zirə” matçının əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə daha dəqiq olan qonaq komanda 1/8 finala yüksəlib.
2-ci təsnifat mərhələsinin son 2 qarşılaşması ("Xankəndi" – "Gəncəbasar", "Zəngəzur" – "Karvan Yevlax") sabah baş tutacaq. "Qarabağ", "Sabah", "Neftçi" və "Turan Tovuz" mübarizəyə məhz 1/8-dən başlayacaqlar.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
28 oktyabr
14:00. "İmişli" – "Qaradağ Lökbatan"
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu.
14:00. MOİK – "Şahdağ Qusar"
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu.
14:00. "Hypers" – "Şamaxı"
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu.
16:00. "Şəfa" – "Ağstafa Gəncləri"
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Sumqayıt. "SOCAR Polymer Arena".
19:00. "Kəpəz" – "Baku Sportinq"
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu.