FIBA Avropa Kubokunda qrup mərhələsinin 3-cü tur start götürür.
Fanat.Az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan təmsilçisi "Neftçi" bu gün 4-cü turun oyununa çıxacaq.
Kostas Vasiliadisin baş məşqçisi olduğu komanda evdə Rumıniya "Oradea"sı ilə qarşılaşacaq. Bakı İdman Sarayında baş tutacaq görüş saat 17:00-da başlayacaq.
FIBA Avropa Kuboku
H qrupu
28 oktyabr
17:00. Neftçi (Azərbaycan) – Oradea (Rumıniya)
Bakı İdman Sarayı.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl "Mikonos"a (səfərdə – 58:78), "VEF Riqa"ya (evdə – 94:110) və "Friburq"a (səfərdə – 73:78) məğlub olub. Üç turdan sonra H qrupunda turnir cədvəlinə 3 qələbə ilə "Mikonos" başçılıq edir. Qrupda hələ qələbəsi olmayan "Neftçi" isə 3 xalla sonuncu pillədə yer alır.
H qrupunda xal durumu belədir:
1. "Mikonos" - 6 xal (3 qələbə, 0 məğlubiyyət)
2. "Oradea" - 5 xal (2 qələbə, 1 məğlubiyyət)
3. "Riqa" - 5 xal (2 qələbə, 1 məğlubiyyət)
4. "Lokomotiv" - 4 xal (1 qələbə, 2 məğlubiyyət)
5. "Friburq" - 4 xal (1 qələbə, 2 məğlubiyyət)
6. "Neftçi" - 3 xal (0 qələbə, 3 məğlubiyyət)