"Qalatasaray"ın (Galatasaray) sabiq qapıçısı Fernando Muslera Argentina çempionatında keçirilən oyun zamanı narahatlıq yaşayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sözcü" yayıb.
Məlumata görə, Oktyabrın 27-də baş tutan "Yunion Santa Fe" (Unión de Santa Fe, Union de Santa Fe) - "Estudiyantes" (Estudiantes) qarşılaşmasının təxminən 9-cu dəqiqəsində uruqvaylı qapıçının başı gicəllənib və o, yerə uzanıb. Həkimlər dərhal meydana daxil olaraq futbolçuya yardım ediblər.

Müdaxilədən sonra Muslera oyuna davam edib və qarşılaşmanı sona qədər meydanda keçirib. Görüş isə "Estudiantes"in 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Əlisahib İbrahimli