“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ilk oyuna çıxacaq.
Fanat.Az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv 2-ci təsnifat mərhələsi çərçivəsində Xorvatiya təmsilçisi “Dinamo Zaqreb"in (Dinamo Zagreb) müvafiq yaş qrupundan ibarət komandasını qəbul edəcək.
Tərəflər arasında ilk oyun “Azərsun Arena”da baş tutacaq və saat 15:30-da başlayacaq. Cavab görüşü 4 noyabrda Zapreşiçdə keçiriləcək.
Cütün qalibi növbəti mərhələdə “Benfika” (Portuqaliya) – “Pafos” (Kipr) duelinin qalibi ilə qarşılaşacaq.
UEFA Gənclər Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
28 oktyabr
15:30. "Qarabağ" (U-19) - "Dinamo Zaqreb" (U-19) 0:0 (birinci hissə)
Hakimlər: Karl Koppel, Riivo Stolts, Top Vaas (hamısı Estoniya), Əli Əliyev (Azərbaycan).
Bakı. "Azərsun Arena".
"Qarabağ" meydana bu "11-lik"lə çıxıb: 77. Bilal Hacıyev, 7. Əhməd Vəliyev, 21. Uğur Qurbanlı, 13. Rəvan Teymurov, 3. Amin Rzayev, 5. Əbdüləziz Cabbarlı, 8. Əli Qazibəyov, 17. Əli Bəşirov, 11. Əli Əliyev, 16. Daniyel Ariyerhi (Daniel Ariyerhi), 23. Viktor Çidiyoke (Victor Chidiyoke)