Türkiyənin iki nəhəng klubu "Sanderlend"in (Sunderland) futbolçusu Çemsdin Talbi (Chamseddine Talbi) ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fotomaç" yayıb.
Mənbənin məlumatına görə, "Qalatasaray" (Galatasaray) və "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) Mərakeş millisinin üzvünü heyətinə qatmaq istəyir. Söhbət həmçinin Səudiyyə Ərəbistanının "Əl-İttihad" (Al-Ittihad) klubunun da maraq göstərdiyi 21 yaşlı cinah oyunçusundan gedir.
Əsas mövqeyi sağ cinah olan Talbi sol cinahda və hücumameyilli yarımmüdafiəçi kimi də çıxış edə bilir.

Futbolçu ötən mövsümün əvvəlində Belçikanın "Brügge" (Club Brugge) klubundan "Sanderlend"ə 20 milyon avro qarşılığında transfer olunub. Onun İngiltərə təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Talbinin hazırkı bazar dəyərinin isə 25 milyon avro olduğu bildirilir.
Əlisahib İbrahimli