UEFA Gənclər Liqası: "Qarabağ" Zaqreb "Dinamo"su ilə üz-üzə

UEFA Gənclər Liqası: "Qarabağ" Zaqreb "Dinamo"su ilə üz-üzə
“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ilk oyuna çıxacaq.
Fanat.Az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv 2-ci təsnifat mərhələsi çərçivəsində Xorvatiya təmsilçisi “Dinamo Zaqreb"in (Dinamo Zagreb) müvafiq yaş qrupundan ibarət komandasını qəbul edəcək.
Tərəflər arasında ilk oyun “Azərsun Arena”da baş tutacaq və saat 15:30-da başlayacaq. Cavab görüşü 4 noyabrda Zapreşiçdə keçiriləcək.
Cütün qalibi növbəti mərhələdə “Benfika” (Portuqaliya) – “Pafos” (Kipr) duelinin qalibi ilə qarşılaşacaq.
UEFA Gənclər Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
28 oktyabr
15:30. "Qarabağ" (U-19) - "Dinamo Zaqreb" (U-19)
Hakimlər: Karl Koppel, Riivo Stolts, Top Vaas (hamısı Estoniya), Əli Əliyev (Azərbaycan).
Bakı. "Azərsun Arena".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər