Millimiz məğlub oldu

Millimiz məğlub oldu
Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, yığmamız C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili (Chile) seçməsi ilə qarşılaşıb.
Millimiz 1:3 hesabı ilə məğlub olub.
Görüşün qalibi Belarus - Cəbəllütariq (Gibraltar) duelinin güclüsü ilə üzləşəcək.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatının matçları Hövsan Yarış Kompleksində təşkil olunur. Turnirin final matçı Bakı Kristal Zalında keçiriləcək.
Xatırladaq ki, Azərbaycan millisi AF qrupunda üçüncü yeri tutaraq C Divizionuna vəsiqə əldə edib. Yığma Timor-Leste üzərində 6:0, Andorra qarşısında 1:0, İsrailə (Israel) qarşı isə 3:1 hesablı qələbə qazanıb. Komanda Avstraliyaya (Australia) 1:3, Haitiyə (Haïti, Haiti) isə 0:4 hesabı ilə məğlub olub. Beləliklə, millimiz qrup mərhələsini 9 xalla üçüncü sırada tamamlayıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər