"Səbail"də gözlənilməz ayrılıq

"Səbail"də gözlənilməz ayrılıq
1-ci Liqa təmsilçisi "Səbail"də ayrılıq yaşanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun sözçüsü Rəşad Məmmədov postundan ayrılıb.
"Dənizçilər" ayrılığı hələ açıqlamasa da, yaxın vaxtlarda ictimaiyyətə bu barədə informasiya veriləcəyi gözlənilir.
Xatırladaq ki, 6 oyuna 11 xal toplayan "Səbail" 1-ci Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Sözügedən kollektiv Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində dünən "Zirə"yə uduzaraq (2:2, penaltilər - 2:3) mübarizəni dayandırıb. Komandanın baş məşqçi postu bu yay Elnur Abdullayevə tapşırılıb.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər