"Marafon" İK 3-cü oyununda da uduzdu

"Marafon" İK 3-cü oyununda da uduzdu
Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK "World Winners Cup Alanya 2026" turnirindəki növbəti matçına çıxıb.
Fanat.Az-ın məlumatına görə, sözügedən kollektiv F qrupundakı üçüncü oyununu Bolqarıstan "Spartak"ına qarşı keçirib.
Oyunun əsas vaxtı 4:4 hesabı ilə bitib. Penaltilər seriyasında daha dəqiq olan "Spartak" 3:1 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, "Marafon" İK ilk turda Çinin TMS komandasına 2:4, ikinci oyunda isə Ukraynanın paytaxtı Kiyevi təmsil edən "Sunrise"yə 6:8 hesabı ilə yenilib.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər