Millimiz İngiltərə yığmasına qalib gəldi

Millimiz İngiltərə yığmasına qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ilk oyuna çıxıb. B Liqasının B qrupunda yer alan millimiz İngiltərə yığması ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, Batumidə baş tutan görüş komandamızın 8:3 hesablı qələbəsi ilə yekunlaşıb. 

Komandaya qələbəni poker edən Sabir Allahquliyev, həmçinin hərəyə 2 qol vuran Sahib Məmmədov və Mirmövsüm Cəniyev qazandırıblar.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını isə iyulun 17-də Latviyaya qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər