Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK "World Winners Cup Alanya 2026" turnirindəki dördüncü oyununda da uduzub.
Fanat.Az xəbər verir ki, F qrupunda yer alan kollektiv "Sevenne"yə (Fransa) yenilib.
Görüş rəqibin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz 32 komandanın mübarizə apardığı turniri 25-ci pillədə başa vurub.
Qeyd edək ki, "Marafon" İK qrupda daha öncə keçirdiyi görüşlərdə Çinin TMS komandasına (2:4), Ukrayna "Sunrise"sinə (6:8) və Bolqarıstan "Spartak"ına (4:4, p. - 1:3) məğlub olub.
Toğrul