"Böyük Dəbilqə": Balabəy Ağayev qızıl medal qazandı

"Böyük Dəbilqə": Balabəy Ağayev qızıl medal qazandı

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, finalda Tacikistanı təmsil edən Loiq Kudbudinovla qarşılaşan idmançı rəqibinə qabil gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl qadın cüdoçularımızdan Könül Əliyeva (48 kq) qızıl medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər