Raşford yenidən icarəyə yollanacaq - Bu klubla danışıqlar başladı

Raşford yenidən icarəyə yollanacaq - Bu klubla danışıqlar başladı
"Mançester Yunayted"in (Manchester United) hücumçusu Markus Raşfordun (Marcus Rashford) yanvar transfer pəncərəsi zamanı klubunu dəyişdirərək yenidən icarəyə getmək şansı yüksəkdir.
Fanat.Az "Football Insider"-ə istinadən xəbər verir ki, "Everton" İngiltərə millisinin üzvü ilə maraqlanır.
Liverpul təmsilçisi 28 yaşlı futbolçunun qış transfer pəncərəsində keçidi ilə bağlı ilkin məsləhətləşmələrə başlayıb. Klub rəhbərliyi və baş məşqçi Devid Moyes (David Moyes) Raşford üçün altı aylıq icarə müqaviləsini (almaq hüququ ilə) nəzərdən keçirir.
"Qırmızı şeytanlar"ın yüksək maaşı tam transferi çətinləşdirir, ona görə də yanvar ayında hər iki klub üçün icarə variantı real ssenari kimi görünür. Raşfordun özü də icarəyə götürülmək seçiminə açıqdır.
O, bundan əvvəl "Aston Villa" və "Barselona"da (Barcelona) icarədə olub, 2026-cı ilin yayında "Mançester Yunayted"ə qayıdıb.
İngiltərə nəhəngində uğursuz dönəm keçirən Markus hələ də 2026/27 mövsümündə qol vura bilməyib.
Raşford "Barselona"da əla formada olub, bütün yarışlarda 14 qol vurub və 15 məhsuldar ötürmə edib (o cümlədən Çempionlar Liqasının 11 oyununda 5 qol və 3 məhsuldar ötürmə) və kataloniyalıların İspaniya çempionluğunu qazanmasına kömək edib. Lakin maliyyə problemləri üzündən İspaniya nəhəngi onun müqaviləsindəki 26 milyon funt-sterlinqlik alış seçimini aktivləşdirməyib.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər