Osimhen “Yuventus”a keçir?

Osimhen “Yuventus”a keçir?

“Yuventus”un (Juventus) sabiq futbolçusu Marko Boryello (Marco Borriello) “Qalatasaray”ın (Galatasaray) hücumçusu Viktor Osimhenin (Victor Osimhen) Turin klubuna mümkün transferi barədə danışıb.

Fanat.Az xəbər verir ki, italiyalı sabiq hücumçu bu barədə “La Gazzetta dello Sport”a açıqlamasında bildirib.
Boryello “Yuventus”un yüksək səviyyəli mərkəz hücumçusuna ehtiyac duyduğunu vurğulayıb və Osimhenin adını çəkib:
“Yüksək səviyyəli 9 nömrə istəyirəm. Osimhen? Bəlkə də. O, güclüdür, A Seriyasını (Serie A) və Luçano Spalettini (Luciano Spalletti) tanıyır. Amma Osimhendən başqa da yüksək səviyyəli hücumçuya ehtiyacımız var”.
Qeyd edək ki, Osimhen daha əvvəl “Napoli”də çıxış edib və 2022/2023 mövsümündə komandanın A Seriyasının çempionu olmasında mühüm rol oynayıb. Nigeriyalı futbolçu həmin dövrdə İtaliya çempionatının bombardiri olub.
Bununla belə, onun “Yuventus”a keçidi maliyyə baxımından çətin görünür. “Qalatasaray” Osimheni 2027-ci ilin yayına qədər İtaliya klublarından birinə satarsa, “Napoli”yə 70 milyon avro məbləğində cərimə ödəməli ola bilər.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər