Misli Premyer Liqasının 10-cu turunda "Qəbələ"nin qonağı olacaq "Qarabağ"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
"Köhlənlər"in mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, heyətdə cəzalı oyunçu yoxdur.
Elvin Cəfərquliyev və Xoni Montielin (Jony Montiel) zədə səbəbindən "qırmızı-qaralar"a qarşı oynamayacaqları bildirilib.
Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" matçı oktyabrın 31-də keçiriləcək. Qarşılaşmanın start fiti 17:30-da səsləndiriləcək. Hazırda 18 xalı olan Ağdam təmsilçisi Premyer Liqanın turnir cədvəlinin 3-cü, 7 xala malik Qəbələ komandası isə 10-cu pilləsində mövqe tutub.
Nihat