"Zirə"də zədə epidemiyası davam edir

"Zirə"də zədə epidemiyası davam edir
Misli Premyer Liqasının 10-cu turunda autsayder "Araz-Naxçıvan"ın qonağı olacaq "Zirə"nin oyuna neçə itki ilə çıxacağı bəllidir.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:
"Maykon Kleyton (Maycon Clayton), Enrike Kustadio (Henrique Custódio, Henrique Custodio), eləcədə də Türkiyədə əməliyyat edilən Ktataunun (Kaká Tau, Kaka Tau) durumu öncədən bəllidir. Bayere Lue (Bayer Lue), İsmayıl İbrahimli, Georgi Papunaşvili (Giorgi Papunashvili), həmçinin burnu sınan Davit Volkov da hazırda zədəlidir. Cəzalı oyunçu isə yoxdur".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Zirə" matçı oktyabrın 31-də keçiriləcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti 15:00-da səsləndiriləcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər