"Barselona" və "Real Madrid"in transfer marağı

"Barselona" və "Real Madrid"in transfer marağı
İspaniyanın "Real Madrid" və "Barselona" (Barcelona) klubları İngiltərənin "Brayton" (Brighton (Brighton & Hove Albion) & Hove Albion) komandasında çıxış edən xorvatiyalı müdafiəçi Luka Vuşkoviçlə (Luka Vušković, Luka Vuskovic) maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Məlumata görə, "Liverpul" (Liverpool) da 19 yaşlı futbolçunu transfer etmək istəyən klublar sırasına qoşulub. Bununla yanaşı, Almaniyanın "Bayern Münhen" (Bayern München, Bayern Munich) və İngiltərənin "Çelsi" (Chelsea) komandaları da müdafiəçinin çıxışını yaxından izləyir.
Vuşkoviç yay transfer pəncərəsində "Tottenhem"dən (Tottenham Hotspur) "Brayton"a keçib. O, yeni komandasında qısa müddətdə əsas heyət oyunçusuna çevrilib və inamlı çıxışı ilə Avropanın aparıcı klublarının diqqətini çəkib.
Futbolçunun transferi ilə bağlı hələlik rəsmi təklif irəli sürülməyib. Onun mümkün keçidinin gələn ilin yayında gündəmə gələcəyi ehtimal olunur.
Qeyd edək ki, Vuşkoviçin "Brayton"la müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. İngiltərə klubu müdafiəçini uzunmüddətli layihəsinin vacib hissəsi hesab edir və onu satmağa tələsmir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər